İyulun 19-da sürgün edilmiş azərbaycanlının və çar məmurunun rus qızının oğlu Davud Hüseynoviç Paşayevin 80 yaşı tamam olacaqdı. O, “Sevmaş”ın Rusiyanın nüvə qalxanını və müvafiq olaraq, ölkənin özünü xilas etmiş baş direktorudur. 1990-cı illərdə onun rəhbərlik etdiyi nüvə raket sualtı qayıqlarını istehsal edə bilən yeganə müəssisə dövlət müdafiə sifarişlərindən məhrum qaldı, borclarına görə elektrik enerjisi məhdudlaşdırıldı, Moskva isə maaş borclarını ödəmək üçün avadanlıqları satmağı təklif etdi.
Davud Paşayev, 1988-2004-cü illərdə “Sevmaş”ın baş direktoru:
“1992-ci ilin əvvəlində, istehsalda müxtəlif hazırlanma mərhələsində 19 gəmi olan vaxt, demək olar ki, bütün dövlət müdafiə sifarişi ləğv edildi. Zavod işsiz qaldı... əməkhaqqının verilməsində gecikmələr başladı...”

Bu zaman yeni nəsil strateji sualtı raket kreyserlərinin taleyi həll olunurdu. Onlar arsenaldakı “Akula” və “667” layihəsindən olan nüvə sualtı qayıqlarını əvəz etmək üçün gəlməli idi, gəlməsə “nüvə qalxanı” kimi daha həssas və sürətlə köhnələn quru raket kompleksləri qalacaqdı.
Aleksandr Xolodov, D.H.Paşayevin bioqrafı:
“Müəssisəyə uzun illərə yeni sifarişlərlə sabit yüklənmə, dövlətə isə milli maraqları qorumaq üçün yeni raket daşıyıcıları lazım idi. Bunu isə yalnız yaxın 10-15 il üçün silahlanma proqramı təmin edə bilərdi. Ancaq yox idi... zavod təşəbbüsü öz üzərinə götürməli idi.
Davud Hüseynoviçə bu vacib dövlət sənədinin - Dəniz strateji nüvə qüvvələrinin 2015-2020-ci illərə qədər saxlanılması və inkişafı proqramının hazırlanması, razılaşdırılması və təsdiqlənməsinə bir neçə il lazım gəldi. Yalnız müdafiə nazirinin bircə təsdiq imzası qalırdı. Ancaq onu əldə etmək ən çətin şey oldu...”.
Yuri Lujkov, 1992-2010-cu illərdə Moskvanın meri:
“Paşayev və Zadornov yanıma gəldilər və dedilər: “Yuri Mixayloviç, siz son ümidsiniz! Nazir Sergeyev proqramı imzalamır... onu imzalamağa inandırın.
Biz bu nazirliyə kömək edirdik, Şimal Donanmasının ali komandanlığı üçün hər il Moskvada on mənzil ayırırdıq. Mən onun ofisinə gələrək dedim: “İqor Dmitriyeviç! Bu, çox prinsipial məsələdir... proqrama imza atsanız, onu inkişaf etdirəcək, zavodları işləməyə məcbur edəcəyik. Proqram olmasa, hamının əli yanına düşəcək. Proqramın imzalandığını deyəndə Davud qulaqlarına inana bilmədi”.
Aleksandr Xolodov, D.H.Paşayevin bioqrafı:
“Sualtı kreyserin təməli 2 noyabr 1996-cı ildə qoyuldu. Gövdənin hazırlanması üçün gəmi poladı yox idi, tədarükçü isə Ukraynada qalmışdı. Stapellərdə artıq beş ildən çoxdur ki, donanmaya lazım olmayan sualtı qayıq gövdələri qalmışdı. Burun və arxa hissə üçün “Bars” layihəsinin gövdəsinin blokları uyğun gəldi. Raket komplekslərinin yerləşdiriləcəyi orta hissədə “Antey” layihəsinin bloklarından istifadə olundu. Qəbul edilən qərarlar bizə böyük vəsait, milyardlarla rubla qənaət etməyə və gəminin istismara verilməsi müddətini bir neçə ilədək tezləşdirməyə imkan yaratdı”.
Sergey Kovalyov, atom sualtı qayığının baş konstruktoru:
“Bu dövrdən varlanmaq üçün istifadə edən, zavodların avadanlıqlarını satan, səhmdara çevrilən bir çox müəssisə rəhbərindən fərqli olaraq, o, “Sevmaş”ın qorunması və kard heyətinin saxlanılmasının qeydinə qaldı. Onun fəaliyyəti zavodun unikal maşınlarını, avadanlıqlarını qorumağa yönəlmişdi. O, bu tapşırığı parlaq şəkildə icra etdi”.
