Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu xanımı Sare Davudoğlu ilə birgə Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edib.
Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu ziyarət zamanı maraqlı hadisə də baş verib. Baş nazir Şəhidlər Xiyabanında işləyən bağbanlardan birinə yaxınlaşaraq onunla mehribancasına salamlaşıb.
Baş nazir hətta bağbanla görüşüb, onun əlini iki əli ilə bərk-bərk sıxıb.
Davudoğlu Bakıda bağbanla görüşdü - FOTO + VİDEO