Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dayə kimi Bakıya çağırılan afrikalı qadın DANIŞDI - YENİLƏNİB + FOTO/VİDEO
Bakıya işləmək üçün çağırılan, sığınacağa yerləşdirilən afrikalı qadın danışıb.
10 gündən çoxdur ölkəmizdə olan əcnəbi bildirib ki, Azərbaycanda işlə təmin olunmaq və Afrikada yaşayan ailəsinə pul göndərmək istəyir.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova qeyd edib ki, afrikalı qadın daha əvvəl Dubayda uzun müddət işləyib və işi yekunlaşdıqdan sonra internet vasitəsilə Bakıda dayə axtarışı ilə bağlı elana müraciət edib. O, öz vəsaiti hesabına Bakıya gəlib və daha sonra həmin ailə onunla işləməkdən imtina edib.
Ətraflı “ATV Xəbər”in süjetində:
24.01.2024, 11:08
Bakıda afrikalı qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə sığınacağın “Facebook” hesabında paylaşım edilib.
Bildirilib ki, əcnəbi xanım ölkəyə dayə işi üçün gətirilsə də, sonradan onunla işləməkdən imtina edilib:
“Vətəndaşımız qadını dayə işləmək üçün ölkəmizə dəvət edib. Qadın ölkəyə gəldikdən sonra onu dəvət edən şəxs fikrindən daşındıqlarını, artıq dayə istəmədiklərini bildirib. Hazırda əcnəbi vətəndaş sığınacağımızdadır və çalışırıq onu düşdüyü vəziyyətdən çıxarmaq üçün əlimizdən gələni edək”.
Rəylər