Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Dəfələrlə ölümdən döndü, qisməti şəhidlik imiş" - Səngərdə həlak olan ağxalatlı qəhrəman
44 günlük Vətən müharibəsində minlərlə oğul şəhadətə qovuşdu.
Onlardan biri də Yardımlı rayonu, Mirimli kənd sakini, hərbi həkim olan şəhid Cavid Vaqif oğlu Zeynalovdur. Cavid Zeynalov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhidin anası Səkinə Sadıqovanın sözlərinə görə, oğlu dəfələrlə ölümdən dönüb:
"9-10 aylıq olanda səs borusuna şabalıd düşmüşdü. O şabalıd üç ay boğazında qaldı. Avtomobil qəzası da keçirdi, amma ölmədi, yaşadı. Qisməti şəhidlik imiş".
"Mənə demişdi ki, dünyamı dəyişəndə cənazəmi daşıyanların önündə sən ol, yalvarıram, cənazəmi boş qoyma. Müharibədən qorxuduğumu, o, şəhid olsa, dözə bilməyəcəyimi deyəndə mənə dedi ki, qorxma, sən şəhidlərimizin atalarından artıq deyilsən ki", - şəhidin atası Vaqif Zeynalov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:

"44 günlük Vətən müharibəsi" teqi üzrə xəbərlər
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür
- "Məhkəmənin gedişini izləyək, Paşinyanın hələ bir çox cinayətlərinin üstü açılacaq" - Deputat
- Lavrov: "Rusiya Azərbaycanla münasibətlərin inkişafını yüksək qiymətləndirir"
- Ermənistanın milli qəhrəmanı həbs edildi
- Ermənistanın milli qəhrəmanı 44 günlük müharibə ilə bağlı saxlanıldı