Bakıda dəhşətli hadisə baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisənin şahidi olan APA-Economics-in baş redaktoru İlkin Əhmədov Facebook səhifəsində qeyd edib ki, Maştağa qəsəbəsində yol kənarında at azyaşlı uşağı tapdalayıb.
Atın üstündə sahibi olsa da, o, hadisədən yayına bilməyib:
“Hazırda uşaq can verir. Uşağı Sabunçu xəstəxanasına apardılar”.
3 saylı Sabunçu xəstəxanasından bildirilib ki, bu dəqiqlərdə azyaşlı tibb müəssisəsinə çatdırılıb və dərhal reanimasiya şöbəsinə yerləşdirilib:
“Vəziyyəti ağırdır. Şəxsiyyəti isə hələlik müəyyənləşdirilməyib”.