Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dəhşətli yanğında tanınmaz hala düşən azyaşlı çarəsiz vəziyyətdə kömək gözləyir
Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.
Bu barədə Oxu.Az-a onun anası Şəbinə İbrahimova məlumat verib.
Bildirilib ki, hadisə bu il mayın 19-da Qocalı kəndində baş verib:
"Səkkiz yaşlı övladım Əbülfəz İbrahimli atasına pul qazanması üçün kömək edərkən ağır yanıq xəsarətləri alıb.
Belə ki, o, içində benzin olan qabı atasına uzadıb və mayenin üzərinə dağıldığının fərqində olmayıb. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb.
Bakıda xəstəxanaların birində müalicə aldıq. Oğlumun vəziyyəti çox ağırdır. Tanınmaz hala düşüb. Atası hadisə zamanı özünü itirib deyə onun alışan paltarını söndürə bilməyib. İmkanlı şəxslərin dəstəyi ilə özəl klinikaların birində Əbülfəz müayinədən keçib. Övladım yanğından sonra qolunu aça bilmir. O, əməliyyatla açılmalıdır. Cərrahi müdaxilə isə 1800 manata başa gələcək. Xalqıma yalvarıram, bu çətin günlərdə bizi tək qoymasınlar".
Əlaqə nömrəsi: (070) 680-72-38.
Kart nömrəsi: 4169 7388 7746 2196.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Yeddi aylıq Zeynəbin əməliyyata ehtiyacı var
- On dörd yaşlı Mirsəyidin ayağa qalxması üçün dəstəyə ehtiyacı var
- Yeganə övladı ağır xəstəlikdən əziyyət çəkən ana: "Ona nəsə olsa, ana kəlməsinə həsrət qalaram"
- İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Ölkəyə qayıda bilmirlər
- Bacısı üstünə qaynar su dağıdan Aminin dəstəyə ehtiyacı var
Rəylər