Sumqayıt şəhərində son illərdə Heydər Əliyev adına parkda, Nəsimi parkında və şəhərin digər ərazilərində müasir standartlara uyğun yenidən qurma işləri davam etdirilir.
Oxu.Az sumqayit xeber.com-a istinadən xəbər verir ki, dünən Sumqayıt şəhərində Nəsimi adına parkda maraqlı bir hadisə qeydə alınıb. Parka 16 ədəd dələ buraxılıb.
Dələlər üçün parkda yuvalar hazırlanıb. Dələlərin parka gətirilməsi maraqla qarşılanıb.