Mingəçevirdə dəm qazından boğularaq ölən tələbə şəhərə iki gün öncə gəlibmiş.
Otaq yoldaşı Şahbaz Alızadə bildirib ki, Nihad İsayevin ölümündən səhər xəbər tutub:
“Axşam mənə dedi ki, yatmağa gedirəm. Hamam otağına keçib. Xəbərim olmayıb. Səhər oyandım ki, yerində yoxdur”.
Ətraflı Baku TV-nin süjetində:
09:40, 7 yanvar
Mingəçevirdə tələbə dəm qazından boğularaq ölüb.
APA xəbər verir ki, Şabran rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2002-ci il təvəllüdlü Nihad İsayev kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
