Ağstafada yük qatarının vurduğu piyadanın kimliyi məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alan Köçəsgər kənd sakini, 1975-ci il təvəllüdü Məmmədov Niyazdır.
O, dəmir yolu ilə gedən zaman qatar vurub. Məlumata görə o, həmin vaxt sərxoş olub.
Xəstəxanaya yerləşdirilən N.Məmmədovun vəziyyətinin kafi olduğu bildirilir.
20:46
Ağstafada qatar piyadanı vurub.
APA-nın məlumatına görə, hadisə Bakı-Gürcüstan dəmiryolu xəttinin rayonun Köçəsgər kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan qatar bir kişini vurub.
Yaralı xəstəxanaya çatdırılıb.