Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dəmiryol Xəstəxanası necə fəaliyyət göstərəcək? - ÖZƏL AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçən Mərkəzi Dəmiryol Xəstəxanasının təyinatı məlum olub.
Nazir müavini Anar Əliyev Oxu.Az-a özəl açıqlamasında bildirib ki, xəstəxana ən müasir standartlara cavab verən reabilitasiya mərkəzi olacaq:
“Eyni zamanda, həmin mərkəzdə hərbi xidmətə çağırışla bağlı tibbi müayinələr keçiriləcək”.
Nazir müavini əlavə edib ki, hazırda aidiyyəti dövlət qurumları ilə birgə xəstəxananın təhvil-təslim işləri həyata keçirilir.
10:02
“Azərbaycan Dəmir Yolları” QSC-nin tərkibində olan Mərkəzi Dəmiryol Xəstəxanası bağlanıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, tibb mərkəzi bağlandığı üçün həkimlər müxtəlif xəstəxanalarda çalışmağa üz tutublar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi Şöbəsinin rəisi Sənubər Nəzərova Oxu.Az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin 2023-cü il 14 dekabr tarixli 945s nömrəli Sərəncamına əsasən, qurumun Həkim-Sanitar Xidmətinin Mərkəzi Dəmiryol Xəstəxanasının balansında olan bir sıra dövlət əmlakları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib:
“Hazırda bununla əlaqədar olaraq aidiyyəti dövlət qurumları ilə birgə müvafiq təhvil-təslim işləri həyata keçirilir”.
İlhamə Əbülfət
Rəylər