Ötən gün ölkə ərazisində 3 nəfər suda boğulub.
Oxu.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 8 yaşlı Emin Axundov Goradil çimərliyində, Suraxanı rayonunda 63 yaşlı Vitali Aleksandroviç Zinovyey, Sumqayıt şəhərində isə 23 yaşlı Gülər Salmanova dənizdə çimərkən boğulub.
Hər üç şəxsin cəsədi sudan çıxarılıb.