Xəzərdə daha bir gənc batıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlunun suda batması haqqında məlumat daxil olub.
M.Əliyevin cəsədi “Pirşağı” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 19:55-də başa çatıb.