Neft Daşlarında faciəli hadisə baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Neft Daşlarının “Günəşli” yatağında qeydə alınıb. SOCAR-ın “Neftqaztikinti” Trestində quraşdırıcı işləyən, 1980-ci il təvəllüdlü İqor Xvatov iş görən zaman dənizə düşüb. Nəticədə o boğularaq ölüb. Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
SOCAR-ın mətbuat xidməti faktı təsdiqləyib. Bildirilib ki, dekabrın 2-də “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsinin “Günəşli” yatağındakı 11-ci dərin dəniz özülündə təmir işləri aparan 4-cü dərəcəli quraşdırıcısı, 1980-ci il təvəllüdlü İqor Xvatov naməlum səbəbdən dənizə düşərək ölüb. Mərhumun meyiti dənizdən çıxarılaraq sahilə yola salınıb.