Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Deputat: Azərbaycanda piylənmə ilə bağlı dövlət proqramı olmalıdır
Piylənmə qlobal miqyasda sağlamlıq problemidir. Həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan ölkələrdə piylənmədən əziyyət çəkənlərin sayı hər keçən gün artmaqdadır. Dünya Səhiyyə Təşkilatı (DST) tərəfindən Asiya, Afrika və Avropanın 6 ayrı bölgəsində aparılan və 12 il davam edən MONICA araşdırmasının nəticəsinə görə, 10 ildə piylənmədə 10-30% arasında bir artım olduğu bildirilib.
Azərbaycanda da aktual olan bu problem DST-nin hesabatlarında əksini tapıb.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, tibbi ekspert Adil Qeybulla piylənmənin səbəblərindən və həlli yollarından danışıb:
“Piylənmə bütün yer kürəsini əhatə edən problemlərdən biridir. Əksər xəstəliklərin əsasında dayanır.
Piylənmə əsasən qidalanma və hərəkətsizliklə bağlıdır. Dünyada mexaniki avtomatlaşdırma və insan əməyinə ehtiyacın azalması və s. hərəkətsizliyə şərait yaradır. Oturaq həyat tərzi üstünlük təşkil edir. Səhər evdən çıxırlar, işə gəlirlər, piyada gəzmək yox, işdə də otururlar, yenə evə gedirlər. Əzələlər, orqanlar işləmədiyindən funksiyasını itirir. Səbəblər arasında xolestrinli qidaların çox qəbul edilməsi də var”.
Deputat Məlahət Həsənova piylənmə ilə bağlı dövlət proqramının olmasının vacibliyini vurğuladı:
“Piylənmənin çox səbəbi var. Ən birinci səbəblərindən biri həyat tərzinin düzgün qurulmamasıdır. Piylənmə qida rasionunun düzgün tənzimlənməməsi, müxtəlif xəstəliklərdən də ola bilər. Ən çox hərəkətsizlikdən doğur.
Elə zamanda yaşayırıq ki, insanlar daha çox oturaq həyat tərzi keçirir. Saatlarla kompüter qarşısında otururlar. Piylənmənin qarşısını almaq üçün düzgün həyat tərzi qurmaq lazımdır. Hesab edirəm ki, Səhiyyə Nazirliyinin bununla bağlı ciddi proqramı olmalıdır. Bir çox ölkələrdə bununla bağlı dövlət səviyyəsində proqramlar var. Çünki piylənmə çox ciddi xəstəliklərə gətirib çıxarır”.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Bakıda qanunsuz fəaliyyət göstərən məşhur kosmetoloq böyük məbləğdə cərimələnib
- Qrip virusu ilə bağlı BİLDİRİŞ: Xərclər icbari tibbi sığorta ilə qarşılanır
- Bayram günlərində klinikalar işləyəcəkmi? - Rəsmi cavab və təkliflər
- Sertifikasiyadan keçməyib, texniki universiteti bitirən Nigar Rüfət necə həkim olub?
- Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət etdi