Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat bələdiyyələrlə bağlı parlamentə hesabat verilməsinə qarşı çıxdı
“Dünyanın heç bir demokratik ölkəsində bələdiyyələrin fəaliyyəti ilə bağlı parlamentə hesabat verilməsi proseduru yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, Konstitusiyada bələdiyyələrin fəaliyyəti barədə parlamentə hesabat verilməsi məsələsi öz əksini tapmayıb.
F.Mustafa qeyd edib ki, Milli Məclis öz işinə yenidən baxmalıdır, funksional işini bərpa etməlidir.
“Biz bələdiyyə ilə bağlı məsələləri parlamentdən çıxarmalıyıq. Təbii ki, bunlar qanunlara dəyişklik tələb edir”.
Bildirək ki, Milli Məclisin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni (2019-cu il üzrə) təqdim edib.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabiq millət vəkili vəfat edib
- Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Paşinyana CAVAB
- Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB
- Üç uşaqdan yuxarı ailələr çoxuşaqlı kateqoriyaya daxil edilsin - YENİ TƏKLİF
- Milli Məclis Lüksemburq Nümayəndələr Palatasından aqressiv ritorikanı kənara qoymağı TƏLƏB ETDİ
Rəylər