Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat ekspertlə razılaşmadı, yeni təklif verdi: “Dərsliklər elektronlaşsın” - FOTO
“Orta məktəblər üçün nəzərdə tutulan bütün dərsliklər elektronlaşdırılmalıdır. Hesab edirəm ki, problemdən ən doğru çıxış yolu budur”.
Bunu “Qaynarinfo”ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov orta məktəblərdə dərsliklərin iki nüsxə çap olunması ilə bağlı təklifə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, bu təklifi verənlər nəzərə almalıdırlar ki, hər bir kitabın çap olunması dövlət üçün böyük vəsait hesabına başa gəlir:
“Dövlət hansısa kitabı çap etmək üçün böyük məbləğdə vəsait sərf edir. Hər dərslikdən iki nüsxə çap olunması milyonlarla dərsliyin və dərs vəsaitlərinin çap olunmasıdır. Eyni zamanda bu dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsaitin ayrılmasıdır”.
Ceyhun Məmmədov təhsil sahəsində kifayət qədər xərclərin olduğunu qeyd edib:
“Bu mənada belə bir addımın atılmasına zərurət görmürəm. Düşünürəm ki, biz nə edə bilərik? Atacağımız addım o ola bilər ki, dərsliklər elektronlaşdırılsın və onlardan elektron qaydada istifadə olunsun. Söhbət gələcəkdə bu istiqamətdə birgə addımların atılmasından gedir. Buna görə təklif edirəm ki, bütün dərsliklər elektronlaşdırılsın. Bu gün dünyanın əksər ölkələrində bu üsuldan istifadə olunur. Onda da bizim zaman-zaman şikayət etdiyimiz kitabların, dərsliklərin ağır olması məsələsi gündəmdən çıxmış olacaq”.
Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov orta məktəblərdə istifadə olunan dərsliklərin ağır olması səbəbindən iki nüsxə çap olunmasını təklif edib. Ekspert bildirib ki, dərsliyin biri evdə, ikincisi məktəbdə qalsın və belə olarsa, şagirdlər ağır yük daşımazlar.
"Ceyhun Məmmədov" teqi üzrə xəbərlər
- Deputat: "Veteran pulu" cüzi də olsa, artırılmalıdır"
- Deputat: "Dövlətin bütün sahibsiz heyvanlara sahib çıxması çətin məsələdir"
- Tələbə təqaüdləri nə vaxtdan artırılacaq?
- Millət vəkili: "Bu gün məqsədli şəkildə milli mənəvi dəyərlərdən uzaqlaşan gənc nəsil yetişdirilir"
- Ceyhun Məmmədov: "Prezident gənc nəslin milli ruhda böyüməsi məsələsinə xüsusilə toxundu"
Rəylər