“Bir rayonun icra başçısı həbs olunur, amma digərləri yenə qanunsuz işlərini davam etdirirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, bir neçə rayonun icra başçısı həbs olunsa da, digərləri hələ də rüşvət almağa davam edir.
“Onların daxilində belə əminlik var ki, məsuliyyətdən yayınacaqlar”, - deyə Q.Həsənquliyev əlavə edib.
Deputat Hesablama Palatasının sədri Vüqar Gülməmmədova təklif verib:
“Hesablama Palatası auditlər keçirir və qurumlarda olan boşluqlardan sui-istifadə hallarını aşkarlayır. Yaxşı olar ki, bununla bağlı təkliflər hazırlayıb Milli Məclisə təqdim edəsiniz”.
Aqşin Kərimov