“Dünən testdən keçdim. Məlum oldu ki, məndə anticisimlər var”.
“Daily Mail”in məlumatına görə, bu barədə məşhur müğənni “Instagram” hesabında bildirib.
Belə məlum olur ki, Madonna özünün də xəbəri olmadan koronavirusa yoluxub və sağalıb.
“Sabah maşınımla səfərə çıxacağam və pəncərələri açmağa hazırlaşıram. Təhlükəli COVID-19 virusunun ola biləcəyi hava ilə nəfəs almaqdan qorxmuram”, - deyə o əlavə edib.
Müğənni iddia edir ki, simptomların olmamasına rəğmən keçdiyi test onun artıq koronavirusa yoluxub sağaldığını göstərir.
O da qeyd olunur ki, anticisimlərin təkrar yoluxmadan müdafiə edə biləcəyi hələ tam sübut olunmayıb.