Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Deputat: "İndiki minimum əməkhaqqını məqbul hesab etmirəm"
"Son 10 ilin göstəricilərindən çıxış etsək, Azərbaycanda minimum əməkhaqqı 24 faizdən 35 faizə qədər artıb. Bunu məqbul rəqəm hesab etmirəm".
"Qafqazinfo" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcədə dəyişikliyin müzakirəsi zamanı deyib.
"Bizim qoşulduğumuz beynəlxalq xartiyalar, həm də Azərbaycan hökuməti hədəf kimi göstərib ki, minimum əməkhaqqı orta əməkhaqqının 60 faizinə çatsın. Belə misalla götürəndə bizdə orta aylıq əməkhaqqı 985 manatdırsa, o indiki kimi 345 manat deyil, 60 faiz götürəndə 594 manat olması istiqamətində addımlar atılmalıdır", - deputat deyib.
Ə.Məsimli qeyd edib ki, iqtisadi azadlıqları genişləndirmək, açılımlara getmək lazımdır:
"Yerlərdə istehsalın genişləndirilməsinə mane olan bütün maneələri aradan qaldırmaq lazımdır".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Nizami Səfərov: "Azərbaycan müharibə canilərini cəzalandıraraq bütöv bəşəriyyəti təmsil edir"
- Azərbaycanda sosial müavinətlər və təqaüdlər artırılacaq
- Əhliman Əmiraslanov: "Təkcə Bərdədə 32 ilkin tibbi xidmət məntəqəsinin açılması planlaşdırılır"
- Pərvanə Vəliyeva: "Süni mayalanma və digər prosedurların qanuni bazasının olması vacibdir"
- Parlament Azərbaycan və Çin arasında müqaviləni ratifikasiya edib