Milli Məclisin deputatı Məlahət İbrahimqızının yıxılması və ayağının sınması ilə bağlı xəbərlər yayılıb.
Oxu.Az xəbər verir ki, modern.az məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlayıb.
M.İbrahimqızı yayılan məlumatı təkzib edib.
"Bu, köhnə xəbərdir. Mənim sağlamlığım yerindədir, heç bir problemim də yoxdur. Hər gün də sizinlə danışıram, nəsə olsaydı, bilərdiniz", - deyə o bildirib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızının başına iş gəlib.
Oxu.Az Manşet.az-a istinadən xəbər verir ki, o, yıxılaraq ayağını sındırıb.
M.İbrahimqızının hansı şəraitdə xəsarət alması bəlli deyil. Hazırda millət vəkili müalicə və reabilitasiya mərhələsindədir.
O, ayağını sındırdığına görə Milli Məclisin plenar və komitə iclaslarında iştirak edə bilmir.