Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Deputat təcili yardım maşınlarının çağırışa gecikməsindən DANIŞDI
“Yeddi il bundan əvvəl Bakıda 185 təcili tibbi yardım ekipajı çalışırdı. Bu gün isə cəmi 140 təcili tibbi yardım maşını işləyir. Nəzərə almaq lazımdır ki, ötən müddət ərzində paytaxt sakinlərinin də sayı kifayət qədər artıb. Burada söhbət rəsmi qeydiyyatdan keçən təxminən 2 milyondan çox şəxsdən gedir”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Bu məsələ ilə bağlı mənə vətəndaş müraciətləri olur. Ən yaxşı halda təcili yardım maşını çağırışdan 40-45 dəqiqə sonra hadisə yerinə gəlib çatır. Hətta bəzən bu müddət bir saatdan da çox olur.
Hökumətdən xahiş edirik ki, heç olmasa, təcili tibbi yardım avtomobillərinin texniki məsələsi həll olunsun”, - R.Quliyev əlavə edib.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Azərbaycanda nisyə mal alıb-satan sahibkarlar kredit tarixçəsinə dair məsuliyyətdən azad edilir
- Azərbaycanda aerodrom istismar edən dövlət orqanının fəaliyyəti üçün hüquqi əsas yaradılır
- Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı genişləndirilir
- Sahibkarlara şad xəbər: Yoxlamaların dayandırılmasının müddəti uzadılır
- Azərbaycanda valideynlərini itirmiş uşaqlara birdəfəlik pul vəsaiti konkret məbləğdə ödəniləcək
Rəylər