Türkiyə İsraildəki səfiri Şakir Özkan Torunları geri çağırıb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilib ki, İsrail tərəfinin atəşkəs çağırışlarını qəbul etməməsi səbəbindən Türkiyənin Təl-Əvivdəki səfiri Ankaraya çağırılıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündən qayıdarkən İsrailin baş naziri Benyamin Netanyahu ilə təmasda olmadığını, buna baxmayaraq MİT-in İsraillə əlaqələrinin davam etdiyini bildirib. O, Təl-Əvivlə xüsusən də beynəlxalq diplomatiyada əlaqələrin tamamilə kəsilməsinin mümkün olmadığını vurğulayıb.
Tel Aviv Büyükelçimiz Şakir Özkan Torunlar’ın İstişarelerde Bulunmak Üzere Ankara’ya Çağrılması Hk. https://t.co/JpZFLmiwhO pic.twitter.com/MFyZTxTtzl
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) November 4, 2023
Rəylər