Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan: “Türkiyə kəşfiyyatı İsraillə təmaslara davam edir”
Ankara İsrailin baş naziri Benyamin Netanyahu ilə təmasda deyil, buna baxmayaraq Təl-Əvivlə hökumətlərarası münasibətlər davam edir.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıranda bəyan edib.
Onun sözlərinə görə, Milli Kəşfiyyat Təşkilat (MİT) sədri İbrahim Kalın həm İsrail, həm də Fələstin və HƏMAS tərəfi ilə görüşür.
“İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında aparacağımız müzakirələr zamanı bu məsələ ilə bağlı qərar verəcəyəm”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident İsraillə, xüsusən də beynəlxalq diplomatiyada əlaqələrin tamamilə kəsilməsinin mümkün olmadığını vurğulayıb.
“Ona görə də xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın və digər nazir dostlarımla birlikdə diplomatiyanın bütün imkanlarından istifadə edirik və bundan sonra da istifadə edəcəyik”.
Mənbə: “Anadolu” Agentliyi
"Benyamin Netanyahu" teqi üzrə xəbərlər
- İsrail-Suriya sərhədində su müharibəsi: 1948-dən bu günədək bitməyən mübarizə
- Trampın İran siyasətinin konturları bəlli olur
- İranın xarici işlər nazirinin müavini TƏHDİD ETDİ: Edam hökmü verilə bilər
- Danışıqlarda irəliləyiş: HƏMAS və İsrail razılaşmaya yaxındırlar
- İsrail hökuməti Colan təpələrinin inkişaf planını təsdiqləyib
Rəylər