Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Deputat: “Vətəndaş 73 manatlıq dərmana nəyə görə üçqat pul ödəməlidir?”
“Dövlət dərman və dərman preparatları ilə bağlı böyük işlər görür”.
APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.
Bununla belə, deputat bu sahədəki problemlərə də toxunub:
“Bir qutusu 73 manata olan “Sincardi” dərmanı artıq ölkəyə gəlmir. Onun əvəzinə ölkəyə gətirdikləri dərman isə 230 manatdır. Yəni vətəndaş 73 manat əvəzinə 230 manat verib, özünə dərman almalıdır?! Bunun qarşısını almaq lazımdır. Mən bir dəfə burada başqa dərmanla bağlı çıxış etmişdim, o məsələ həll olunmuşdu. Biz yenə də bu məsələlərdə insanlara kömək etməliyik. Burada şirkətlər oyunlar oynayır”.
Komitə sədri Tahir Mirkişili qeyd edib ki, bu hadisələrin baş verməməsi üçün işlər görülür.
Deputat Elnur Allahverdiyev qeyd edib ki, dərman, dərman preparatlarının keyfiyyəti araşdırılmalıdır: “Hərarət azaldıcı dərmanların keyfiyyəti araşdırılmalıdır. Qardaş Türkiyədə istifadə olunan eyni səviyyədə dərmanlar bizdə də satılır. Oradakı dərman virusa qarşı daha effektivdir. Türkiyədən alınan dərman hərarəti azaldır, amma buradan aldığımız yox. Yaxşı olar ki, Səhiyyə komitəsi ilə birgə dərmanların keyfiyyəti ilə bağlı dinləmə keçirək”.
Qeyd edək ki, “Sincardi” diabet xəstələri üçün nəzərdə tutulub. İnsulindən asılı olmayan diabet (Tir 2) xəstələrində qlikemik indeksə nəzarəti yaxşılaşdırmaq üçün nəzərdə tutulub, təsir mexanizmi bir-birini tamamlayan iki hiroqlikemik dərman vasitəsini özündə birləşdirir.
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib
Rəylər