Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Deputat: “Yoluxma 7-8 dəfə artdı, səhiyyə sistemi artıq yüklənir” - VİDEO
“Son bir ayda qonşu ölkələrdə yoluxma sayında artım müşahidə edirdik. Bu artım öncədən proqnozlaşdırılırdı. Həm yumşaldılmalara gedilməsi, həm də prosesin özünün xarakteri səbəbindən müəyyən zaman kəsimində artımların olmasının mümkünlüyü qeyd edilirdi”.
Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, virusun mutasiyaya uğraması öncədən də proqnozlaşdırılırdı:
“Mutasiyanın hansı istiqamətdə gedəcəyi müqayisə mövzusu idi. Hazırda müşahidə edirik ki, ştammlar yoluxmaların intensivliyinin artması istiqamətində meydana gəlir. Bir ay əvvəl 200 civarında olan rəqəmləri müzakirə edirdik, indi isə bu göstəricinin 7-8 dəfə artmasını müşahidə edirik. Bu rəqəmlər bizə ümumi tablonu izah edir. Real rəqəmlər üçün isə test sayı ilə yoluxma sayı arasında nisbəti müşahidə etməliyik.
Hazırda digər ölkələrlə müqayisədə epidemioloji vəziyyətin idarəolunan olmasını söyləmək olar. Əvvəlki təcrübədə yoluxma 4-5 min nəfəri ötdükdə artıq səhiyyə sisteminin üzərində yükün olmasını müşahidə edirdik. Belə nəticəyə gəlmək olar ki, 2000 nəfəri ötmək səhiyyə sisteminin üzərinə düşən yükün yüksək olma ehtimalının olduğunu göstərir. Buna görə də sürətli vaksinasiyaya və qoyulan qaydalara dırnaqarası yanaşmamaq lazımdır”.
Rəylər