Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Deputatdan müəllimlərin əməkhaqları ilə bağlı MÜHÜM TƏKLİF
"Azərbaycanda sertifikasiyadan keçən müəllimlərin əməkhaqlarının yeni mexanizm əsasında diferensial olaraq artırılması təklif olunub".
Bu sözləri Baku.ws-ə açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Deputat qeyd edib ki, bununla bağlı ötən il Elm və Təhsil Nazirliyinə müraciət də ünvanlayıb:
"Milli Məclisdə müzakirələr zamanı da bu məsələ qaldırılıb. Məqsəd 80 faizdən yüksək bal yığmış müəllimlərin maaşlarında 35 faiz artıma nail olmaqdır. Çünki mövcud qaydalara əsasən 51 bal yığmış müəllimin əməkhaqqı 35 faiz, 50 bal yığmış müəllimin isə 10 faiz artır.
Beynəlxalq qiymətləndirmə sisteminə əsasən, 80 faizdən çox bal toplamış müəllimlərdə vahid qiymətləndirmə balları tətbiq olunur. 80 faiz 48 bal olduğuna görə, biz 51 balı deyil, məhz 48 balı əsas kimi götürülməsini təklif etmişik. 48 baldan az bal yığmış müəllimlər üçün isə diferensial artımlar təklif edilib".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Əli Məsimli: "İstilik və su kimi sahələrdə xərclər əhaliyə satdığımız qədərdən xeyli çoxdur"
- Sahil Babayev: "Tiblə bağlı vəsaitlərin səmərəli xərclənməsi üçün təkmilləşdirmələr aparılır"
- İpoteka kreditlərinin 78 faizi Bakı şəhərinin payına düşür
- Sahil Babayev: "Maliyyə Nazirliyində geniş islahatlara başlanılıb"
- Vüqar Bayramov: "Proqnoza nisbətən 5 milyard manat daha çox ÜDM formalaşıb"