Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə Ukraynadakı müharibənin həmin ölkədə təhsil alan azərbaycanlı tələbələrə təsirindən danışıb.
Oxu.Az-ın məlumatına əsasən, deputat deyib ki, Ukraynada təhsil alan azərbaycanlıların müraciətlərinə baxılmalıdır.
“Hazırda Ukraynada müharibə gedir. Orada təhsil alan azərbaycanlı tələbələrin təhsilini hansı şəkildə davam etdirəcəyi sual altındadır”, - deyə A.Mirzəzadə əlavə edib.
Onun sözlərinə görə, onların təhsil həyatı, gələcəyi taleyin ümidinə buraxıla bilməz.