Azərbaycan Cüdo Federasiyası qadın millimizin üzvü İrina Kindzerskayanın durumuna münasibət bildirib.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, federasiya Ukrayna əsilli idmançıya lazımi köməyi göstərməyə hazırdır:
“Azərbaycanın qadınlardan ibarət milli yığma komandasının üzvü İrina Kindzerskaya hazırda Ukraynadadır. Baş verən hadisələrlə əlaqədar ilk günlərdən idmançı və onun ailəsi ilə daimi əlaqədəyik. Hazırda İrina və onun ailəsi nisbətən təhlükəsiz yerdədirlər. Azərbaycan Cüdo Federasiyası olaraq, İrina və ailəsinə federasiyanın imkanları daxilində lazımi dəstəyi göstərməyə hazır olduğumuzu bildirmişik. İrina və ailəsinin verəcəyi qərara əsasən federasiya müvafiq dəstəyi göstərəcək”.
Qeyd edək ki, İrina Kindzerskaya və onun azərbaycanlı əri Həmid Əliyevin yaşadığı İrpen şəhərindəki ev vurulub. Hazırda onlar evlərini tərk edərək Ukraynanın başqa şəhərinə köçməli olublar.
Səbuhi Musa