Dünyaşöhrətli cüdoçu, beşqat Olimpiya çempionu Teddi Riner gələn ilin mayında Fransada keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, o, bu barədə "Le Parisien" qəzetinə müsahibəsində danışıb.
Rinerin sözlərinə görə, o, nə "solçu", nə də "sağçı" mövqedədir və seçkidə "birlik" namizədi kimi iştirak etmək istəyir.
Cüdoçu idman karyerasını başa vurmaq niyyətində olmadığını da bildirib. Əksinə, o, 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyi planlaşdırır.