Gənclərdən ibarət Azərbaycan millisi Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə Qran-Pri turnirini beş medalla başa vurub.
Oxu.Az xəbər verir ki, yarışın son günündə daha iki təmsilçimiz fəxri kürsüyə yüksəlib.
Əli Qazıməmmədov (90 kq) və Davud Namazlı (100 kq) üçüncü yeri tutaraq bürünc medal qazanıblar.
Qeyd edək ki, turnirin ilk günündə Vüsalə Hacıyeva (57 kq) gümüş, Xədicə Qədəşova (57 kq) və Hanna Zaytseva (63 kq) isə bürünc medal əldə ediblər.
Qaynar xətt:
(055) 224 12 12