Xorvatiyanın Zaqreb şəhərində təşkil olunan cüdo üzrə Qran-pridə azərbaycanlı idmançı Kənan Nəsibov qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
+100 kq çəki dərəcəsində çıxış edən Kənan Nəsibov finalda Almaniya təmsilçisi Losseni Koneni üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaynar xətt:
(055) 224 12 12