Estoniya dekabrın 1-dən etibarən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamağı planlaşdırır.
Oxu.Az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqələrinin bağlanması Rusiyanın Estoniyada "düşmənçilik fəaliyyəti" həyata keçirmək imkanlarını məhdudlaşdırmağa və sanksiyalardan yayınma hallarının qarşısını almağa kömək edəcək.
Nazir məsələ ilə bağlı Finlandiya, Latviya və Litvanın xarici işlər nazirlərini də məlumatlandırdığını bildirib.
Sərhəd-keçid məntəqələrinin bağlanması ilə bağlı qərarın yaxın günlərdə Estoniya parlamentində müzakirə olunacağı gözlənilir.