İran qərar veriləcəyi təqdirdə, xüsusilə də ölkənin ali rəhbəri bunu zəruri hesab edərsə, ən qısa müddətdə nüvə silahı istehsal edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə İran parlamentinin deputatı İsmayıl Kövsəri ABŞ-də keçirilən seçkiyə həsr olunmuş analitik sessiyada çıxışı zamanı bildirib. Məlumatı SNN agentliyi yayıb.
Deputat bildirib ki, İranın nüvə silahlarının yayılmaması haqqında müqavilə ilə bağlı xüsusi problemi yoxdur və hələlik bu sənəddən çıxmaq üçün səbəb görmür. Bununla belə, onun sözlərinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) fəaliyyətinin heç bir faydası yoxdur.
"Əgər faydası olsaydı, ən azı 12 günlük müharibə zamanı üç nüvə obyektimizi bombalayan ABŞ-ni qınamalı idi. İkincisi, BAEA-nın öz qayda və qanunlarına əsasən, onlar mühakimə olunmalı idilər", - deyə Kövsəri bildirib.