Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlunun toyu olacaq.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, deputat oğlu Nikbin Quliyevin toy mərasimini 24 aprel - ermənilərin qondarma “erməni soyqırımı” gününə salıb.
“Xudafərin” şadlıq sarayında keçiriləcək toya deputatlar, ictimai-siyasi xadimlər dəvət olunub.
Millət vəkili Fərəc Quliyev bildirib ki, toy günü üçün 24 aprel tarixini seçməsi təsadüfi deyil:
“Mən bu tarixi bilərəkdən seçmişəm. Toy dəvətnamələrinin də üzərinə yazdırmışam ki, “düşmənlərimiz nə qədər zəif düşsə, biz həmin günləri qeyd etməliyik”. Hər məsələyə siyasi ritorika verməyi bacarmalıyıq”.
E.Ə.
www.oxu.az