ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bu gün ANAMA-nın Göygöl Təlim Mərkəzində təşkilatın Azərbaycan ərazilərində təhlükəsizliyin təminatı üçün nəzərdə tutulan fəaliyyətləri ilə tanış olub.
Oxu.Az ABŞ səfirliyinin məlumatına istinadla xəbər verir ki, ABŞ-ın dəstəyindən yararlanan ANAMA Saloğluda 500 mindən artıq partlamamış sursatı zərərsizləşdirib və hazırda Ceyrançölə yaxın 66 kvadrat kilometrlik ərazilərdə təmizləmə işləri aparır.