Sabah Milli Məclisin 2019-cu il payız sessiyasının növbəti iclası keçiriləcək.
Bu barədə Oxu.Az-a deputat Tahir Kərimli məlumat verib.
O bildirib ki, iclasın gündəliyinə 13 məsələ daxildir.
“Lisenziyalar və icazələr haqqında”, “Dövlət rüsumu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekuroslarının dövriyyəsi haqqında”, “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə qaydası haqqında” qanunlara dəyişikliklər müzakirə ediləcək.
Bundan başqa İnzibati Xətalar, Cəzaların İcrası məcəllələrinə dəyişiklik layihələri də səsə qoyulacaq.
Layihələr II və III oxunuşda müzakirəyə çıxarılır.
Xatırladaq ki, payız sessiyasının ilk iclası sentyabrın 30-da keçirilmişdi.
Aqşin Kərimov
Rəylər