Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, bununla parlamentin yaz sessiyası bitsə də, deputatlar tətilə çıxa bilməyəcəklər.
Çünki Milli Məclisin növbədənkənar sessiyalarının keçirilməsi gözlənilir.
İlkin məlumatlara görə, ilk növbədənkənar iclas iyunun 5-də keçiriləcək. Parlamentin növbədənkənar iclaslara getməsinin bir neçə səbəbi var.
Birincisi, bir çox qəbulu vacib olan qanun layihələri var ki, parlament onların oxunuşunu yaz sessiyasında tamamlaya bilmədi.
Məsələn, “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik layihəsi hələ birinci oxunuşdan keçib, mayın 31-də isə ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
İkincisi, “2019-cu ilin dövlət büdcəsinin icrası barədə hesabat və 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi hələ Milli Məclisdə müzakirəyə çıxarılmayıb.
Sənədlərin iyunun 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilməsi gözlənilir. Bundan sonra isə qanun layihəsinin müzakirəsi plenar iclasa tövsiyə olunacaq.
Üçüncüsü, 2020-ci ilin dövlət büdcəsinə yenidən baxılması barədə sənəd hələ parlamentə daxil olmayıb. Qeyd edək ki, bu ilin martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən büdcə xərclərinə baxmaq zərurətindən danışmışdı.
Dördüncüsü, bunlarla paralel olaraq, parlamentə bir neçə yeni qanun layihəsi daxil olub ki, onlar da növbədənkənar iclaslarda təqdim ediləcək. Məsələn, “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik, Cinayət Prosessual Məcəlləsinə dəyişikliklər bu qəbildəndir.
Həmin sənədlər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu kimitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirə olunacaq, daha sonra növbədənkənar iclasa tövsiyə ediləcək.
Qeyd edək ki, sessiya bitəndən sonra deputatlar tətilə yollanacaqlar. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, sentyabrın 30-da parlamentin payız sessiyasının ilk plenar iclası keçirilir. Payız sessiyası dekabrın 30-dək davam edir.
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçiriləcək.Oxu.Az-ın məlumatına görə, bununla parlamentin yaz sessiyası bitsə də, deputatlar tətilə...
Aqşin Kərimov
Rəylər