Naxçıvanda keçirilən “Heydər Əliyev - 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində təşkil edilən növbəti panel media mövzusuna həsr olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızının moderatorluğu ilə aparılan paneldə Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “Qafqazinfo.az” saytının rəhbəri Elbrus Ərud, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva, “Modern” Media Qrupunun rəhbəri Elşad Eyvazlı və “Global Media Group”un media direktoru Həmid Həmidov iştirak ediblər.
Debat zamanı gənclər jurnalistlərə maraqlı suallar ünvanlayıblar.
Bu debat İctimai TV ilə Diasporla İş üzrə Dövlət Komitəsinin ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramında yayımlanıb.
Diaspor Gənclərinin azərbaycanlı jurnalistlərlə ilk maraqlı debatı - VİDEO
Rəylər