Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağda yenidən qurulan şəhərlərimizə məcburi köçkünlərin qayıdışı prosesi davam edir. Bu günə qədər köç prosesi çərçivəsində çox sayda ailə doğma torpaqlarına qovuşub.
Ancaq sosial şəbəkələrdə Azərbaycanın digər rayonlarından olan sakinlərinin də Qarabağa köçmək istəkləri ilə bağlı suallarına, müzakirələrinə şahid oluruq.
Maraqlıdır, digər rayonların sakinləri Qarabağdan ev ala və ya köçə bilərmi?
Mövzu ilə bağlı Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə sorğu ünvanladıq.
Qurumun Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Bizim.media-ya açıqlamasında bu fikirləri səsləndirib:
“Əvvəllər evləri “Qaçqınkom” tikirdi, daha sonra isə köç prosesini reallaşdırırdı. Ancaq “Böyük Qayıdış” proqramı ilə bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb.
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi köçürülmə ilə məşğuldur və yalnız bu istiqamətdə öhdəliyi var. Digər məsələ ilə bağlı “Qaçqınkom”un məsuliyyəti yoxdur. Hazırda Qarabağa yalnız yerli sakinlər köçürülür”.
“Azərbaycan vətəndaşları yaşayış yerini seçməkdə müstəqildirlər”
Millət vəkili Elman Məmmədov isə daha ümidli danışıb. O qeyd edib ki, ilkin köç mərhələsində Qarabağa yerli sakinlər köçürüləcəklər, növbəti mərhələdə köçkün olmayan digər rayonların sakinləri gedə bilərlər:
“Azərbaycan Respublikası Konstitusiyası və qanunlarımız da bunu deməyə əsas verir. Azərbaycan vətəndaşları yaşayış yeri seçməkdə müstəqildirlər. Burada heç bir məhdudiyyət yoxdur və olmayacaq. İlkin mərhələdə məcburi köçkünlər öz torpaqlarında məskunlaşdırılandan sonra istənilən Azərbaycan vətəndaşı yaşamaq və işləmək üçün Qarabağa gedə bilər. Bu arzunun özü belə, alqışlanası istəkdir”.
"Maraqlı" teqi üzrə xəbərlər
- Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
- Alimlərdən yeni kəşf: Ələ əlavə edilən bir barmaq insanı mükəmməlləşdirir
- Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH + FOTO
- ABŞ kəşfiyyatı Azərbaycan-Ermənistan münasibətlərinə zərbə vurur - ŞƏRH + FOTO
- Sürücülərin illərlə çözülməyən dərdinə çarə axtarılır: Cərimə artırılacaq, yoxsa parklanma yerləri? - FOTO
Rəylər