Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
"Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri dörd ildir ki, boş qalıb".
Oxu.Az xəbər verir ki, bu sözləri dilçi Sayalı Sadıqova Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının təqdimatında deyib.
O qeyd edib ki, doktorantura imtahanlarında ingilis dili imtahanlarının IELTS səviyyəsində təşkil edilməsinə görə azərbaycanlı alimlər bu imtahandan keçə bilmirlər.
Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə tədqiqat aparan insanlar üçün ingilis dilinin lazım olduğunu vurğulayıb:
"Hazırda doktorantura üçün verilən imtahanlar B2 səviyyəsində təşkil edilir. İngilis dili yerinə ərəb dili olsa, həmin şəxslər ərəb dilində də B2 səviyyəsində imtahan verə bilməyəcəklər".
Sayalı Sadıqova isə vurğulayıb ki, Azərbaycan dilində tədqiqat aparan folklorşünas, dilçi alimin ingilis dilini bu səviyyədə bilməsinə ehtiyac yoxdur.
Aygün Mirakif
"Sertifikasiya imtahanı" teqi üzrə xəbərlər
- DİM-in şöbə müdiri: "Sertifikatın etibarlılıq müddəti iki il nəzərdə tutulub"
- Məleykə Abbaszadə Yazıçılar İttifaqının üzvlərini Azərbaycan dilindən imtahan verməyə çağırdı
- Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyasının onlayn platforması təqdim edilib
- Yeni işə başlayan müəllimlər nə vaxt sertifikasiyaya cəlb olunacaqlar?
- Sertifikasiya imtahanının hansı fənlər üzrə keçiriləcəyi niyə açıqlanmır?