Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

DİM: Builki keçid ballarında dəyişiklik gözlənilir
Avqustun 9-dan ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq.
"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, proses avqustun 19-na kimi davam edəcək:
"Sonrakı mərhələdə kolleclərə ixtisas seçimi elan olunacaq".
V.Misirov qeyd edib ki, gələn həftə "Abituriyent 4" jurnalı çap olunacaq:
"Həmin jurnalda plan yerləri olacaq. Həmçinin gələn həftə məlumat kitabçası da çap olunacaq, orada abituriyentlərin nəticələri və bal intervalı üzrə paylanma yer alacaq".
DİM rəsmisi əlavə edib ki, builki keçid ballarında dəyişiklik gözlənilir:
"Lakin hansı qruplar üzrə dəyişiklik olacağı ixtisas seçimindən sonra dəqiq bilinəcək".
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Buraxılış imtahanındakı test tapşırıqlarının cavabları sabah DİM-in saytına yerləşdiriləcək
- DİM imtahan keçirdi: 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə "ağıllı" saat aşkarlandı
- Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar olub
- 27 apreldə keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlərə XƏBƏRDARLIQ
- Maksimal bal toplayan Aişə Bağırova: "Cərrahiyyə sahəsi üzrə yeni layihələr hazırlamaq istəyirəm"