Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qarabağ"ın qələbəsi Azərbaycanın UEFA-nın reytinqindəki yerinə təsir edibmi?
Dünən avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarının ilk günündən sonra UEFA-nın yenilənmiş əmsallar cədvəli dərc olunub.
Oxu.Az xəbər verir ki, Çempionlar Liqası və Konfrans Liqasında baş tutan matçlar Azərbaycanın mövqeyinə təsir etməyib. "Qarabağ" "Linkoln" üzərində 5:0 hesablı qələbə ilə ölkəmizə 0.250 xal (bu mərhələdə qələbəyə görə verilən bir xal komandaların sayına (dörd) bölünür) qazanc gətirib.
Xal hesabı 18.000-ə yüksələn Azərbaycan 24-cü sırada qərarlaşıb. Cari mövsümün qazancı 1.250 xala çatıb - "Zirə" və "Qarabağ" hərəyə 0.500 xal, "Sabah" isə 0.250 xal əldə edib. Cədvəldə bizdən öndə olan Rusiyanı ötmək mümkündür - hazırda şimal qonşumuzdan 0.299 xal geridəyik və ölkənin heç bir klubu qitə turnirlərində iştirak etmir, amma bizdən arxada olan Slovakiya ilə fərq də azdır - cəmi 0.125 xal.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir - 89.160 xal.
"UEFA əmsallar cədvəli" teqi üzrə xəbərlər
- UEFA əmsallar cədvəli: Azərbaycanın mövqeyi dəyişməyib
- Rumıniya FKSB-nin "Qarabağ" üzərində qələbəsi sayəsində UEFA reytinqində irəlilədi
- UEFA əmsallar cədvəli açıqlanıb: Azərbaycanın mövqeyi dəyişməyib
- UEFA-nın əmsallar cədvəli: "Qarabağ"ın qələbəsi Azərbaycanı bir pillə yüksəldib
- UEFA əmsallar cədvəli: "Qarabağ" uduzub, Azərbaycan mövqeyini qoruyub