Azərbaycan UEFA əmsallar cədvəlində həftəni 24-cü pillədə bitirib.
Oxu.Az xəbər verir ki, cədvəl Çempionlar Liqasında əsas mərhələsinin ilk tur oyunlarındakı nəticələrdən sonra yenilənib.
"Sabah"ın IV turunda Norveçdə "Vikinq"ə 1:4 hesabı ilə məğlubiyyəti Azərbaycanın reytinq xalına təsir etməyib.
Hazırda Azərbaycanın aktivində 24.187 xal var. Ən yaxın izləyicimiz İsrail 24.125, 23-cü yerdə qərarlaşan Ukrayna 24.837 xal toplayıb.
Qeyd edək ki, UEFA reytinqinə 107.685 xalla İngiltərə başçılıq edir.