"Cari ildə iki dövlət başçısının strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir və böyük potensiala malikdir".
Oxu.Az xəbər verir ki, bunu Çinin Azərbaycan səfiri Lu Mey deyib.
Səfirlikdə təşkil olunan brifinqdə diplomat bildirib ki, iki ölkənin müvafiq qurumları dövlət başçıları tərəfindən əldə olunan mühüm razılaşmaların həyata keçirilməsi məqsədilə sıx koordinasiyanı davam etdirirlər:
"Bu isə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə və yeni nailiyyətlərin əldə olunmasına töhfə verir".