"Çin Azərbaycanla günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq həyata keçirir".
Oxu.Az xəbər verir ki, bunu Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş qəbulda Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey deyib.
"Hələ ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və mən Azərbaycanın dayanıqlı inkişafına töhfə verən Qobustan Günəş Elektrik Stansiyasının açılış mərasimində iştirak etmişdik. Çin qlobal idarəçiliyin təkmilləşdirilməsinə sadiqdir. Mövcud beynəlxalq mühit çağırışlarla müşayiət olunan dərin dəyişikliklərə məruz qalır. Biz qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə əsl multilateralizmi birgə müdafiə etməli və həyata keçirməli, eləcə də ümumi maraqları qorumalıyıq. Çin çoxtərəfli əməkdaşlığın tərəfdarıdır", - deyə səfir vurğulayıb.