Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

DİM-in saytı kiberhücuma məruz qaldı - Rəsmi AÇIQLAMA
"Hazırda imtahanlara qeydiyyatla bağlı əsaslı bir narahatlıq yoxdur. Bu vaxta qədər 80 mindən artıq ərizə artıq təsdiq olunub".
Oxu.Az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.
Bir neçə gündür dövlət informasiya ehtiyatlarına kütləvi DDoS hücumları müşahidə olunur. Həmçinin Dövlət İmtahan Mərkəzinin rəsmi saytında daxil olarkən bu problem müşahidə olunur. Yaranmış vəziyyət DİM saytında qeydiyyatdan keçməli olan şagirdlərdə ciddi narahatlığa səbəb olub.
Mətbuat katibi isə bildirib ki, qeydiyyat prosesi 20 fevraldan başlanıb və martın 5-nə qədər davam edəcək.
"Proses elektrondur, 24 saat ərzində işlək olur. Yəni iştirakçılara qeydiyyatdan keçmələri üçün kifayət qədər vaxt verilib".
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Bayram tətilinə görə imtahan nəticələri gec açıqlanacaq? - DİM cavab verdi
- Magistraturaya qəbul imtahanının ikinci cəhdinə qeydiyyat elan edildi
- Dilçilik İnstitutunda problem: IELTS alimlərə növbəti səviyyəyə adlamağa imkan vermir
- DİM sədri: "Rus bölməsi üçün Azərbaycan dili imtahanları da rəqəmsal formada təşkil ediləcək"
- Sürücülük vəsiqəsi imtahanları DİM tərəfindən keçirilə bilərmi?