Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"
"Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə AzTV-nin "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:
"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olacaq. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".
M.Abbaszadə əlavə edib ki, bu il 1 000-dən çox şəxs 600-dən yuxarı bal toplayıb.
"Məleykə Abbaszadə" teqi üzrə xəbərlər
- Məleykə Abbaszadə: "Gündə sağılmaq daha ağırdır, qadınlar məni başa düşdülər"
- Məleykə Abbaszadə: "Bu il ilk dəfə ADA Universitetinə dövlət sifarişi əsasında yerlər açılacaq"
- DİM sədri: "Yüksək nəticə göstərən abituriyentlərin valideynlərindən biri müəllimdir"
- Məleykə Abbaszadə: "Mediada bizim işimizi müzakirə edənlər sanki paralel həyatda yaşayırlar"
- Məleykə Abbaszadə: "Bəzən valideynlər öz arzularını uşaqları üzərindən reallaşdırmağa çalışırlar"