Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

DİM yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə edib
"Dövlət İmtahanı Mərkəzində yazı işlərinin yoxlanılmasında süni intellektə aid olan elementlər tətbiq edilib".
Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu proqramla 2 milyon 700 min yazı işi yoxlanılıb: "O nəticələr süni intellekt proqramı ilə yoxlanılıb. Müəyyən ölkələrdən gəlib bizdən təcrübə öyrənmək istəyirlər".
M.Abbaszadə bildirib ki, 9-cu sinfin yazı işləri yoxlananda həmin proqram təminatından istifadə olunub:
"Bu prosesdə müəyyən yanlışlıq ola bilər. Ona görə də yazılar həm proqram tərəfindən, həm də paralel olaraq ekspertlər tərəfindən yoxlanılır".
Aqil Vəlili
"Məleykə Abbaszadə" teqi üzrə xəbərlər
- DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"
- İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadə aydınlıq gətirdi
- Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
- DİM sədri ekspertləri yıxıb-sürüdü: "Məşhurlaşmaq üçün belə çıxışlar edirlər"
- İmtahana telefon gətirənlərlə bağlı tədbir görüləcək - DİM sədrindən XƏBƏRDARLIQ