İtaliya A Seriyasında may ayının ən yaxşı baş məşqçisi məlum olub.
Oxu.Az xəbər verir ki, bu, "Komo"nun çalışdırıcısı Sesk Fabreqasdır. Mütəxəssis ardıcıl ikinci dəfə ayın məşqçisi mükafatını qazanıb.
"Komo" 38 yaşlı mütəxəssisin rəhbərliyi altında bu ay 3 oyunda iki qələbə qazanıb, bir heç-heçə edib. Komanda A Seriyasında 10-cu sıradadır.