Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İmtahana telefon gətirənlərlə bağlı tədbir görüləcək - DİM sədrindən XƏBƏRDARLIQ
"Bəzi abituriyentlər "ağıllı eynək"lərdən istifadə etmək istəyirlər. Amma onlara demək istəyirik ki, belə "ağıllı eynək"lə imtahana gəlməsinlər, çünki onlar imtahana buraxılmayacaqlar".
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əks halda qaydaları pozanların nəticələri ləğv olunacaq:
"İndidən deyirik ki, telefonu gizlədənlər, birini təhvil verib birini içəri gətirənlərlə bağlı tədbir görüləcək. Biz istəyirik ki, imtahanlar ədalətli keçsin. Bunun üçün hər kəs özünü qaydalara uyğun aparmalıdır. Əks halda həmin abituriyentlərin nəticələri ləğv olunacaq".
Aqil Vəlili
"Məleykə Abbaszadə" teqi üzrə xəbərlər
- DİM sədri: "Bu il III qrup üzrə bəzi ixtisasların balları artırıla bilər"
- İmtahanda tədris proqramından kənar suallar verilir? - Məleykə Abbaszadə aydınlıq gətirdi
- Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
- DİM sədri ekspertləri yıxıb-sürüdü: "Məşhurlaşmaq üçün belə çıxışlar edirlər"
- DİM yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə edib